Rusiyada bir gündə 500 nəfər virusa yoluxub

Dünya

31.03.2020 - 15:30

Həkimlər Klinikalar SEO Xidməti

Bu günə qədər 2337 koronavirus infeksiyası qeydə alınıb

 

Rusiyada koronavirusa yoluxanlar arasında sürətli şəkildə artım qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, şimal qonşumuzda son 24 saat ərzində 500 nəfərə virus diaqnozu qoyulub.

 

Ölkədə bu günə qədər 2337 koronavirus infeksiyası qeydə alınıb. Virusa yoluxanlardan 18 nəfəri dünyasını dəyişib, 121 nəfər isə müalicə alaraq xəstəxanalardan evə buraxılıb.

 

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 800 023 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 38 748, sağalanların sayı isə 169 993 nəfərdir.

 

Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş