Həmyerlimiz təxribat və terror aktları hazırlamaqda ittiham olunur
Rusiya FSB-si Stavropol diyarında terror aktları planlaşdırdığı iddia edilən Azərbaycan vətəndaşını saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
İddia olunur ki, Stavropol diyarında saxlanılan Azərbaycan vətəndaşı “Rusiya Federasiyasında qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulub” və “təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərin, o cümlədən, Stavropol şəhərlərindəki hüquq-mühafizə orqanlarının inzibati binalarının və nəqliyyat obyektlərinin müfəssəl tədqiqi tapşırılıb”.