Paytaxt sakinlərinə xəbərdarlıq: Hər kəs ehtiyatlı olsun!

Xəbərlər

02.12.2019 - 10:59

“Hər hansı bir narahatlıq olduğu zaman Çağrı Mərkəzinə zəng etməyinizi xahiş edirik”

 

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. BNA-nın mətbuat xidmətindən AYNA-ya bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçıları ehtiyatlı olmalıdırlar.

 

“Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”, - məlumatda qeyd olunub.

 

“Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etməyinizi xahiş edirik”, - deyə BNA əlavə edib.

Müəllif: Ayna.az