Rusiyada 20 min nəfərdə koronavirus şübhəsi var

Dünya

10.02.2020 - 20:16

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

“Həkimlər ölkədə 20 min nəfərdə koronavirus şübhəsinə rast gəliblər”.

 

AYNA “Qafqazinfo”ya isitnadən xəbər verir ki, bunu Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova deyib. O əlavə edib ki, həkim nəzarətində olan 20 min nəfərin 6 min nəfərindən çoxu Çindən gəlib.

 

Popovanın sözlərinə görə, ilin əvvəlindən 769 nəfər xəstəxanaya yerləşdirilib, onların 97-də qrip aşkarlanıb, 121 nəfərdə isə tənəffüs yolu xəstəlikləri tapılıb.

 

Qeyd edək ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirusdaan 910 nəfər dünyasını dəyişib. Dünyanın 28 ölkəsində bu virusa rast gəlinib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş