Rusiya XİN-dən azərbaycanlı köçkünlər barədə <font color=red> AÇIQLAMA</font>

Aktual

12.02.2021 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova: “Bəyanatının 7-ci bəndi əvvəlki yaşayış yerini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”

 

“Prezidentlərin Üçtərəfli Bəyanatının 7-ci bəndi əvvəlki yaşayış yerini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

“Hazırda Qarabağın azərbaycanlı əhalisinin geri qaytarılması ilə bağlı işlər görülüb-görülmədiyi", sualına cavabında Zaxarova deyib ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi Üçtərəfli Bəyanat var: “Sənədin 7-ci bəndində göstərilib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan bütün məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılmalıdırlar. Bu, hər iki tərəfdən qaçqın düşmüş insanlara aiddir”.

 

Rusiya XİN rəsmisi qeyd edib ki, hazırda hərbi əsirlərin geri qaytarılması üzrə işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş