Həkim COVID-19-a qarşı peyvənddən sonra reanimasiyaya yerləşdirilib

Aktual

03.01.2021 - 07:25

32 yaşlı həkimdə dəri töküntüsü, qıcolma, əzələ zəifliyi və nəfəs darlığı çoxalıb

 

Meksikada bir həkim koronavirus əleyhinə “Pfizer/BioNTech” peyvəndi vurdurduqdan sonra xəstəxanaya yerləşdirilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

“Pfizer/BioNTech”-dən istidafə edən 32 yaşlı həkim dəri töküntüsü, qıcolma, əzələ zəifliyi və nəfəs darlığı çoxaldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirildi”, - deyə məlumatda vurğulanıb.

 

Həkimlər qadının vəziyyətini stabil qiymətləndirir və ona ensefalomiyelit ilkin diaqnozu qoyulub. Səhiyyə Nazirliyi həkimin vəziyyətinin pisləşməsinin səbəbini öyrənmək üçün artıq araşdırmalara başlayıb.

 

Qeyd edək ki, 31 dekabrda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer/BioNTech” koronavirus peyvəndini təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib.

 

Xatırladaq ki, 13 dekabrda Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzinin (CDC) rəsmiləri ABŞ-dakı “Pfizer/BioNTech” peyvəndindən istifadəni təsdiqləyiblər. Birləşmiş Ştatlarda peyvənd olunan ilk şəxs, son on ayda COVID-19 xəstələri ilə işləyən Nyu York sakini, tibb bacısı Sandra Lindsay idi. Daha sonra 19 dekabrda ABŞ səlahiyyətliləri ikinci koronavirus peyvəndi “Moderna”-nı ölkədə istifadə üçün təsdiqlədilər.

Müəllif: Ayna.az