Azərbaycan Ordusu düşmənin alayını darmadağın edib

Aktual

29.09.2020 - 11:04

Xocavənddə yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı məhv edilib

 

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib: “Nəticədə, canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb”.

 

“Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək, ölən və yaralıların təxliyyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib”, - deyə polkovnik vurğulayıb.

Müəllif: Ayna.az