TƏBİB reanimasiyada olan koronaviruslu xəstələrin sayını açıqlayıb
Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı 192 nəfərdir. AYNA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, xəstələrdən 34 nəfəri süni nəfəs cihazına qoşulub.
Qeyd edək ki, bugünədək Azərbaycanda 34 107 nəfər COVID-19-a yoluxub, onlardan 31 697-si sağalıb, 506 nəfəri isə ölüb.