Rusiya XİN-dən ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Dünya

16.12.2020 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Mariya Zaxarova: “Bu, qaydalar üzrə oynayaraq rəqabət apara bilməməyin bir təzahürüdür"

 

“ABŞ-ın S-400 zenit-raket kompleksinə görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi Vaşinqtonun hərbi-sənaye kompleksində rəqabət üstünlüyü təmin etmək cəhdidir”.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

“Bu, qaydalar üzrə oynayaraq rəqabət apara bilməməyin bir təzahürüdür. ABŞ-a, hər nə qədər qanundankənar olsa belə, özü üçün bəzi rəqabət üstünlüklərini təmin etməkdən ötrü əlavə addımlara ehtiyac duyur.  Bunlara hərbi sənaye kompleksi xətti üzrə birtərəfli sanksiyalar da daxildir", - deyə Zaxarova bildirib.

 

Onun sözlərinə görə, ABŞ oxşar sxemdən KİV, energetika və digər sahələrdə də istifadə edir:

 

“Hər yerdə konsepsiya eynidir: bu cür qanunsuz hərəkətlərlə özünə, öz istehsalçılarına, öz iş adamlarına kömək etmək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş