Zaxarova: “Lavrov və Fidan “Taxıl sazişi”ni müzakirə edəcəklər”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək danışıqlarda “Taxıl sazişi”ni müzakirə edəcəklər. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər söhbət Rusiyanın iştirak etdiyi sazişdən gedirsə, o zaman o, Rusiyasız işləyə bilməz. Bu, fiziki cəhətdən mümkün deyil”, - diplomat vurğulayıb.