““Poseidon”un gücü ən böyük ballistik raket olan “Sarmat”ın gücündən daha çoxdur”
Rusiya “Poseidon” sualtı qayığını sınaqdan keçirib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bunu P.V. Mandrika adına Mərkəzi Hərbi Klinik Xəstəxanasında hərbçilərlə görüşündə deyib.
Putin “Poseidon”un nüvə enerji modulunun ilk dəfə uğurla buraxıldığını qeyd edərək, bunu “böyük bir nailiyyət” adlandırıb.
Rusiya Prezidentinin sözlərinə görə, “Poseidon”un gücü ən böyük ballistik raket olan “Sarmat”ın gücündən daha çoxdur.
““Poseidon”un tutulması mümkün deyil”, Rusiya lideri vurğulayıb. Putin bildirib ki, onun sürəti və dalış dərinliyi digər cihazların imkanlarını üstələyir.
Rusiya Prezidenti həmçinin əlavə edib ki, “Sarmat” qitələrarası ballistik raketi tezliklə döyüş növbətçiliyinə başlayacaq.