Rusiya MN Ukraynanı Dnestryanına hücum hazırlığında ittiham edib

Dünya

24.02.2023 - 02:45

cedabet dərman SEO Xidməti

Nazirlik: "Rusiya təxribata adekvat cavab verəcək"

Rusiya Müdafiə Nazirliyi Ukraynanı Dnestryanına hücum hazırlığında ittiham edib. AYNA APA-ya xəbər verir ki, Rusiya MN-dən bildirilib ki, Kiyev rejimi Dnestryanını işğalı ilə bağlı təxribat hazırlığını gücləndirib.

 

MN-dən o da bildirilib ki, hazırda Ukrayna-Dnestryanı sərhədi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və hərbi texnikasının əhəmiyyətli dərəcədə toplanması müşahidə olunur.

"Rusiya Federasiyasının silahlı qüvvələri Ukrayna tərəfinin Dnestryanıda gözlənilən təxribatına adekvat cavab verəcək. Kiyev rejiminin Dnestryanıda planlaşdırdığı təxribatın həyata keçirilməsi Rusiya sülhməramlı kontingenti üçün təhlükə yaradır", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş