Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı cinayət işi açıb

Xəbərlər

25.12.2024 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Komitə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırır

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus olan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırır. AYNA rus mediasına istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə cinayət işi açıb.

Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, hadisənin bütün detallarını, səbəblərini və şərtlərini müəyyən etməyə yönəlmiş bir sıra istintaq hərəkətləri təşkil edilib.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 32-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş