Rusiya ilə İran arasında gizli nüvə razılaşması - İDDİA

Dünya

09.03.2023 - 16:12

cedabet dərman SEO Xidməti

Moskva Tehrana nüvə silahı istehsalına yardım etməkdə ittiham olunur 

Moskva nüvə silahı istehsalında kömək etməkdə ittiham olunur
Jerusalem Post: Rusiya bomba istehsalı üçün lazım olan zənginləşdirilmiş uranı İrana qaytara bilər

İran və Rusiya Moskvanın zənginləşdirilmiş uranı Tehrana qaytarmağa imkan verən gizli razılaşma əldə etmiş ola bilər. AYNA xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrə istinadən yazıb.

Xəbərdə iddia olunur ki, saziş 2022-ci ilin iyulunda Rusiya Prezidenti Vladimir Putinin İrana səfəri zamanı imzalanıb. Beləliklə, Tehran Rusiya və Avropa ölkələrinin bərpa etməyə çalışdığı gələcək nüvə sazişinə (ABŞ-ın 2018-ci ildə çıxdığı JCPOA kimi) yenidən baxa bilər.

Mənbələrə görə, bu, Moskvaya zənginləşdirilmiş uranı Tehrana qaytarmağa imkan verəcək. Lakin bu, yalnız Vaşinqtonun gələcək razılaşmadan yenidən çıxacağı təqdirdə baş verəcək. 

İran həmçinin uranın zənginləşdirilməsini sürətləndirməkdə ittiham olunur. MAQATE-nin məlumatına görə, maddənin həcmləri təhlükəli həddə yaxındır - onlar atom bombalarının hazırlanması üçün kifayət edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş