Bu, mart ayından bəri ilk böyük antiterror əməliyyatıdır
Rusiya mart ayından bəri ilk dəfə Suriyada ən böyük antiterror əməliyyatlarına başlayıb. AYNA bildirir ki, bu barədə “Al Masdar News” Agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Rusiyanın Hərbi Hava Qüvvələri ölkənin şimal-qərbində yerləşən İdlib şəhərindəki silahlıların mövqelərinə hava zərbələri endirib.
Terrorçuların olduğu yerlər Rusiya Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları nəticəsində məlum olub. Hələlik Rusiyanın Müdafiə Nazirliyi hava hücumuna dair xəbərlərə münasibət bildirməyib.