Rusiya Belqorodun atəşə tutulmasını BMT-nin müzakirəsinə çıxarmaq niyyətindədir

Dünya

15.02.2024 - 16:53

cedabet dərman SEO Xidməti

Zaxarova: “Belqorodun atəşə tutulması Rusiya tərəfindən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq”

“2024-cü il fevralın 15-də Belqorodun atəşə tutulması Rusiya tərəfindən BMT Təhlükəsizlik Şurasına (TŞ) baxılmaq üçün təqdim olunacaq”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Kiyev rejiminin Belqorodda dinc sakinlərin, o cümlədən bir uşağın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən növbəti terror aktı Rusiya tərəfindən müvafiq beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim ediləcək”, - Zaxarova bildirib.

Qeyd edək ki, bu gün günortadan sonra Belqorod şəhərinə Ukrayna ordusu tərəfindən raket zərbələri endirilib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, zərbələr nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş