Rus sülhməramlıları barədə diqqətçəkən mesaj: “Əsl mübarizə hələ qabaqdadır”

Siyasət

21.12.2020 - 19:27

Dövlət Departamenti rəsmisinin açıqlaması hansı mətləblərdən xəbər verir?

 

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper, Rusiyanın varlığının “Dağlıq Qarabağda sabitliyin pozulması riski” yaratdığını söyləyib. Mətbuat konfransı zamanı jurnalistlər Kuperdən ABŞ-ın bölgədəki ölkələrə Rusiyanın təsirinə qarşı necə kömək etmək niyyətində olduğunu soruşublar. “Mən bu şərhlə qətiliklə razıyam ki, Rusiyanın mövcud olduğu yerdə sabitliyin pozulması riski və əlbəttə ki, orada baş verən hadisələrdə iştirak edən bütün dövlətlərə və tərəflərə meydan oxumaq riski var”, - deyə Kuper cavab verib.

 

Görəsən, Dövlət Departamentinin yüksək vəzifəli məmuru nəyə işarə edir? Moskva, həqiqətən, keçmiş münaqişə zonamızda yeni bir sabitliyin pozulması üçün bəzi planlar hazırlaya bilərmi? Buna nə ehtiyacı var, bunun arxasında hansı hədəflər dura bilər?

 

AYNA-nın suallarını tanınmış beynəlxalq ekspertlər cavablandırırlar.

 

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist Aleks Qrigoriyevs:

Я бы на месте Азербайджана тоже не чувствовал себя в безопасности от  российского реваншизма» - Алекс Григориевс - ZERKALO.AZ - Новости  Азербайджана и мира.

“Dövlət katibinin müavini (Klarkın vəzifəsinin adı belə tərcümə olunur) nədən danışdığını yaxşı bilir. O, uzaq olmayan keçmişdə Gürcüstanı (avqust 2008) xatırladır və işarə edir ki, oradak qondarma rus sülhməramlıları, Saakaşvilinin daxili və xarici siyasətindən narazı olan Kremlin bu ölkəyə hücumu üçün bəhanə yaratdı.

 

Bəlkə də, cənab Klark Krımın, müqaviləyə əsasən oraya gələn rus qoşunları tərəfindən işğalı və ilhaqından bəhs edir. Yaxud, dövlət katibinin müavini, Rusiyanın öz öhdəliklərinə və müqavilələrinə baxmayaraq qoşunlarını geri çəkmədiyi Moldova Respublikasındakı vəziyyətdən danışır. Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu cəmi bir neçə gün əvvəl rus qoşunlarının ölkədən çıxarılmasını tələb etdi, lakin böyük ehtimalla, onun tələbi yerinə yetirilməyəcək.

 

Dövlət katibinin müavini, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox yaxşı başa düşdüyü və buna görə də qondarma rus sülhməramlılarının Azərbaycan torpağına girməsinə imkan verməməsinə işarə edir. O, başa düşürdü ki, rusları içəri buraxmaq, sonradan çıxarmaqdan daha asandır.

 

Rusiya hərbi varlığının Türkiyə tərəfindən tarazlaşdırılacağına dair ümidlər, zənnimcə, əsassız və ya ən azından risklidir. Türkiyə Dağlıq Qarabağ məsələsində Rusiya ilə ciddi mübahisə edəcəkmi? Rusiya hərbi mövcudluğundan Azərbaycana təzyiq göstərmək üçün istifadə edəcək. Kreml təzyiq göstərmək üçün, hətta, pomidorlardan istifadə edir, o ki qala əsgərlər ola. Yəni, seçim budur: ya Rusiya şərtləri daxilində durğunluq, ya da onlara qarşı mübarizədə sabitliyin pozulması”.

 

Ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko:

Ярослав Бойко впервые рассказал о любовнице

“Rusiya Federasiyası üçün Qafqazda “böyük qardaş” rolu vacibdir və bu səbəbdən də Moskva üçün bölgədəki münasibətlər modelinə tam hüquqlu təsir prioritet olaraq qalır. Klark Kuperin sözlərini vurğulayaraq qeyd edirəm ki, Rusiya Federasiyası əksər hallarda bölgədəki qeyri-sabitliyi və hətta, münaqişələri özünün bu zonaya təsir zəmanəti olaraq qorumağa çalışır.

 

Bu cür tədbirlər Rusiya Federasiyasının Qafqazdakı milli dövlətlərdən üstün olmasına imkan verir, bu səbəbdən bölgənin istənilən sabitləşməsi Moskvanın geosiyasi hədəfləri üçün təhlükəlidir. Və bu gün biz çox güman ki, hazırlanmaqda olan müəyyən bir eskalasiya mərhələsindən deyil, Rusiya Federasiyasının bölgədəki tam hüquqlu, uzunmüddətli siyasətindən danışırıq”.

 

Gürcüstanlı hərbi-siyasi ekspert, elmlər doktoru, professor Vaxtanq Maisaya:

Vaxtanq Maisaya: “Gürcüstan-Azərbaycan-İsrail əməkdaşlığı tam yerinə  düşərdi”

“Əslində, Amerika və Rusiyanın onsuz da hərbi və siyasi rəqib olduqları aydındır, bu səbəbdən də Moskvanın bölgəmizdəki hər hansı bir aktivləşməsi Vaşinqtonda yüksək dərəcədə narahatlıq yaradır. Üstəlik, Trampdan daha çox anti-Rusiya mövqeyi tutacaq Co Bayden qalib gəldi. Və yəqin ki, amerikalılar Rusiyanın Qarabağdakı mövcudluğundan istifadə edərək, ABŞ-ın strateji tərəfdaşları olan Gürcüstan və Türkiyəyə qarşı addımlarını gücləndirəcəyindən şübhələnirlər.

 

Rusiyanın Cənubi Qafqazdakı hərbi nüfuzunun güclənməsi, təbii olaraq ABŞ-ın milli maraqlarına təsir göstərir. Çünki yeni “soyuq müharibə” dinamik inkişaf edir. Əslində böyük Qara dəniz hövzəsi ABŞ və Rusiya Federasiyasının silahlı qüvvələri arasında qarşıdurma məkanına çevrilib. Silahlanma yarışı sürətlə davam edir.

 

Yəni, Kuperin bu çıxışı ABŞ-ın mövcud xarici siyasəti və müdafiə doktrinasına uyğundur - mümkün olduğu qədər Rusiyaya qarşı çıxmaq. Düşünürəm ki, bu qarşıdurma, xüsusən Baydenin prezidentliyi dövründə daha da güclənəcək. Əsl mübarizə hələ qabaqdadır”.

Müəllif: Rauf Orucov