Rumıniyada “həyəcan rejimi” 30 gün artırılıb

Dünya

16.08.2020 - 02:15

Həkimlər Klinikalar SEO Xidməti

Bu ölkədə koronavirus xəstələrinin sayı 68 min 46 nəfərə çatıb

 

Rumıniyada koronavirusa yoluxanların sayının kəskin artması nəticəsində ölkədə “həyəcan rejimi” avqustun 16-dan etibarən daha 30 gün müddətinə artırılıb. Bu barədə AYNA xarici mediaya istinadən məlumat verir.

 

Rumıniya Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin sayı 68 min 46 nəfərə çatıb, son 24 saat ərzində 1415 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2904 nəfərdir, 31 min 920 nəfər sağalıb.

 

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar büdcə xərclərində dəyişiklik edəcək. Səhiyyə, təhsil və nəqliyyata daha artıq vəsait ayrılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş