Roma Papası Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına yardım etməyə çağırıb

Dünya

08.02.2023 - 23:34

Fransisk: "Bütün qəlbimlə Türkiyə və Suriyadakı zəlzələdən əziyyət çəkən insanlarla qalıram"

Roma Papası Fransisk Vatikanda rəsmi qəbul zamanı Suriya və Türkiyədəki zəlzələlərin qurbanlarına yardım etməyə dair çağırış edib.

AYNA xəbər verir ki, bu barədə “Vatican news” məlumat yayıb.

Pontifik dindarları zəlzələlərdən əziyyət çəkənlər üçün dua etməyə və zəlzələnin böyük dağıdıcı təsirinə məruz qalan bölgələrin sakinləri ilə həmrəylik göstərməyə çağırıb.

“Bütün qəlbimlə Türkiyə və Suriyadakı zəlzələdən əziyyət çəkən insanlarla qalıram. Ölənlər, eləcə də yaralılar, onların ailə üzvləri və xilasedicilər üçün dua edirəm. Qoy bizim konkret yardımımız onlara dəstək olsun”, - Roma Katolik Kilsəsinin rəhbəri bildirib.

Müəllif: Ayna.az