Böyük Britaniyanın Baş naziri İsrailə səfər edib
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsrailə səfər edib. AYNA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, Baş nazir israilli həmkarı Benyamin Netanyahu və ölkə Prezidenti İshaq Hersoqla danışıqlar aparacaq.
Sunakın iki günlük turu çərçivəsində daha hansı ölkələrə səfər edəcəyi dəqiqləşdirilməyib.