Restoranlarda bir-birinə 1 metrdən yaxın durmaq olmaz

Cəmiyyət

18.05.2020 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

“Virus sona çatmayıb və hər zaman onun yeni mərhələsi başlaya bilər”

 

Nazirlər Kabineti və TƏBİB-in xüsusi göstərişlərinə əsasən, park ərazisində 10 nəfərdən artıq qruplar gəzinti edə bilməz və ictimai iaşə obyektləri sanitar-epidemioloji qaydalara uyğun olaraq öz fəaliyyətlərini davam etdirməlidir. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev deyib.

 

“Masaların arasında məsafə 2 metr, masa arxasında əyləşən insanların arasında isə məsafə 1 metrdən az olmayacaq. Buna Dənizkənarı Bulvar İdarəsinin xüsusi mühafizə xidməti və Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı xüsusi nəzarət edəcək. Ən əsası odur ki, biz də bu göstərişlərə əməl edək. Çünki bu virus sona çatmayıb və hər zaman onun yeni mərhələsi başlaya bilər”, - deyə Mustafayev bildirib.

 

İdarə rəisi əlavə edib ki, Dənizkarı Milli Parkda əyləncə mərkəzləri, atraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək: “Onların fəaliyyəti rəsmi qərar verildikdən sonra başlayacaq. Ümidvaram ki, bütün bunları nəzərə alaraq, qarşımızda qoyulan vəzifələri düzgün icra edib növbəti mərhələyə keçəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş