"Azərbaycanın kənd təsərrüfatını Niderlandla müqayisə etmək mümkün deyil, amma inzibati binamızı edə bilərik..."
İqtisadçı-ekspert Samir Əliyev öz sosial şəbəkə hesabında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tikilməkdə olan inzibati binası ilə Niderland Kənd Təsərrüfatı, Təbiət və Qida Kefiyyəti Nazirliyinin fotolarını paylaşıb.
AYNA xəbər verir ki, ekspert paylaşdığı fotoları belə şərh edib:
"Birinci foto Kənd Təsərrüfatı Nazirliyinin tikilməkdə olan inzibati binası, ikinci foto isə Niderlandın analoji qurumunun inzibati binasıdır. Niyə Niderland? Çünki bu ölkə Avropanın ən böyük, dünyanın isə ikinci kənd təsərrüfatı ixracatçısıdır. Kənd təsərrüfatı məhsullarının illik ixracı 100 milyard dollar civarındadır və ixracının 1/5-ni təşəkil edir. Nəzərə alaq ki, Niderlanddakı nazirik özündə 3 nazirliyin funksiyalarını birləşdirir və Kənd Təsərrüfatı, Təbiət və Qida Kefiyyəti Nazirliyi adlanır".
"Azərbaycanın kənd təsərrüfatını Niderlandla müqayisə etmək mümkün deyil, amma inzibati binamızı edə bilərik...", - deyə ekspert əlavə edib.
İqtisadçının bu paylaşımına sosial şəbəkə istifadəçiləri tərəfindən maraqlı şərhlər və təkliflər gəlib.