Respublika Partiyası milyardlarla dolların Kiyev əvəzinə Təl-Əvivə köçürülməsinə imkan verən qanun layihəsi təqdim ediblər
ABŞ Respublika Partiyasından olan senatorlar İsrail və Ukraynaya yardımın bölünməsi üçün milyardlarla dolların Kiyev əvəzinə Təl-Əvivə köçürülməsinə imkan verən qanun layihəsi təqdim ediblər. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qeyd edilib ki, İsrailə yardımın ötürülməsinə dair qanun layihəsində Kiyevə yardımın həcmini artırmaq niyyətində olan ABŞ Prezidenti Co Bayden administrasiyasının üzləşdiyi problemlər vurğulanıb.
“Mən və həmkarlarım qəti şəkildə inanırıq ki, İsrailə hər hansı yardım Ukraynaya on milyardlarla dollar göndərmək üçün vasitə kimi istifadə edilməməlidir”, – Kanzasdan respublikaçı senator Rocer Marşall deyib.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının yeni sədri Mayk Conson bu vəzifədə ilk addımını atıb və İsraili dəstəkləyəcəyini vəd edib.