Rəsmi Moskva: “Fransa tərəfinə dəfələrlə xəbərdarlıq edilib”

Dünya

22.05.2024 - 16:08

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya XİN Fransanın Ukraynaya qoşun yeritmək niyyətinə cavab verib

 “Fransa qoşunları Ukraynaya göndərilən zaman Rusiya tərəfi cavab tədbirləri görəcək. Və bu, təkcə siyasi müstəvidə olmayacaq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Artem Studennikov deyib.

“Siz bizim mümkün diplomatik reaksiyamız barədə soruşursunuz, lakin belə bir ssenarinin reallaşacağı təqdirdə cavab tədbirlərinin siyasi müstəvidən çox kənarda qalacağı göz qabağındadır. Bu barədə birbaşa Fransa tərəfinə dəfələrlə xəbərdarlıq edilib”, - departament rəhbəri qeyd edib.

Eyni zamanda, diplomat vurğulayıb ki, Fransa lideri Emmanuel Makronun “gedərək artan döyüşkən ritorikası” Avropa İttifaqındakı müttəfiqlər arasında geniş dəstək tapmır və hətta fransızların əksəriyyətinin rəddinə səbəb olur: “Bununla belə, Moskva hələ də Parisin bəyanatlarını ciddi qəbul edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş