Rəsmi Bakı: “Terror təhlükəsinin bütün forma və təzahürlərini şiddətlə pisləyirik”

Xəbərlər

27.08.2024 - 00:55

cedabet dərman SEO Xidməti

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda terror hücumunu pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Pakistanın cənub-qərbində baş vermiş terror hücumuna münasibət bildirib. AYNA xəbər verir ki, bununla bağlı məlumat XİN-in “X” sosial şəbəkəsindəki hesabında yer alıb.

Məlumatda onlarla insanın ölümünə səbəb olan terror aktına dair xəbərin dəhşətverici olduğu bildirilir.

“Biz terror təhlükəsinin bütün forma və təzahürlərini şiddətlə pisləyir, bu dəhşətli hücumun qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir və qardaş Pakistan İslam Respublikası ilə möhkəm həmrəy olduğumuzu bildiririk”, - deyə paylaşımda qeyd olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş