Şəki Xan Sarayında xəsarət alanlar barədə son məlumat

Xəbərlər

15.07.2019 - 10:58

1 saylı Kliniki Tibbi Mərkəzdə olanların vəziyyətləri ağır stabil olaraq qalır

 

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

 

Səhiyyə Nazirliyindən AYNA verilən məlumatda bildirilir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır.

 

Digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

 

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır. Yaralıların həyati təhlükələri yoxdur.

Müəllif: Ayna.az