İran Prezidenti Rusiyaya səfər edib
İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfər edib. AYNA rus mediasına istinadən bildirir ki, Rəisi Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, Rəisinin səfəri və Tehranla Moskva arasında qarşılıqlı əlaqələr sürətlə dəyişən hadisələr fonunda yeni dünya nizamının formalaşmasına mühüm töhfədir.