Baş katib cinayətkarların həbs olunmasını istəyib
BMT-nin Baş katibi Antonio Quterreş Somalidəki terror hücumunu sərt şəkildə qınayıb.
AYNA-nın APA-ya istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin verdiyi açıqlamada deyilir.
“Baş katib 28 dekabrda Moqadişoda baş verən terror hücumunu qətiyyətlə pisləyir”, - deyə Düjarrik bildirib.
Onun sözlərinə görə, Baş katib hücumun günahkarlarının məsuliyyətə cəlb olunması ilə bağlı çağırış edib.