Quterreş: “Nə region, nə də dünya bundan böyük müharibəyə tab gətirə bilməz”

Dünya

15.04.2024 - 10:57

BMT-nin baş katibi: “Beynəlxalq ictimaiyyət bütün maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət göstərməyə borcludur”

“Yaxın Şərq sakinləri dağıdıcı tammiqyaslı münaqişənin real riski ilə üzləşirlər”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş deyib.

Quterreş İranın İsrailə hücumu fonunda “uçurumdan qayıtmağın” lazım olduğunu söyləyib və tərəfləri “maksimum təmkinli” olmağa çağırıb.

BMT-nin baş katibi vurğulayıb ki, beynəlxalq ictimaiyyət gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət göstərməyə borcludur.

Quterreş həmçinin Qəzza zolağında təcili humanitar atəşkəsin, radikal islamçı HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinin və humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini bildirib: “Nə region, nə də dünya bundan böyük müharibəyə tab gətirə bilməz”.

Müəllif: Ayna.az