Endryu Gilmoru İlze Brands-Kehris əvəz edəcək
BMT-nin baş katibi Antoniu Quterreş insan hüquqları üzrə köməkçisi Endryu Gilmoru vəzifəsindən azad edib.
AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Baş katibin mətbuat katibi Stefan Dyujarrik bildirib.
Onun sözlərinə görə, Endryu Gilmoru Latviyadan olan İlze Brands-Kehris əvəz edəcək.
O, qeyd edib ki, BMT-nin baş katibi Endryu Gilmora uzun illərdir təşkilata verdiyi töhfələrə görə dərin təşəkkür edib.