Gürcüstan iki cəbhə arasında döyüş meydanına çevrilib
Gürcüstan üçün, bəlkə də, bütün Cənubi Qafqaz üçün taleyüklü olacaq parlament seçkilərinə sayılı günlər qalıb. “Financial Times” bu seçkini Gürcüstanın 1991-ci ildə müstəqillik qazanmasından sonra ölkə üçün ən əhəmiyyətlisi hesab edir.
Nəşr qeyd edir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi əhval-ruhiyyə təhlükəli dərəcədə gərginləşib və qütbləşib. Ukraynada genişmiqyaslı münaqişə başlayandan bəri Gürcüstan iki cəbhə arasında döyüş meydanına çevrilib: hakim “Gürcü Arzusu” ilə onun əleyhdarları, həmçinin Rusiya və Qərb tərəfdarları arasında, demokratiya və avtoritarizm arasında.
Tbilisidə “qaynar” ab-hava hökm sürür və indiki seçkilər Gürcüstanda hakimiyyət dəyişikliyi və “Gürcü Arzusu”nun hakimiyyətə gəldiyi 2012-ci ildə Gürcüstanda keçirilən seçkiləri xatırladır. O zaman bu partiya da Qərbə kurs vəd etmişdi. Bu gün isə Gürcüstanın Moskvaya tam dönüşü ilə bağlı ciddi qorxular var.
İlk baxışdan belə görünür ki, Gürcüstan iki ssenari ilə üz-üzədir: sürünən avtoritarizm və hakim “Gürcü Arzusu” partiyası hakimiyyətdə qalarsa, Rusiya ilə ittifaq. Yaxud müxalifətin qalib gəlməsi ilə demokratiya və Avropaya inteqrasiya.
Bununla belə, nəşr qeyd edir ki, bu ağ-qara şəkil daha mürəkkəb hekayəni çox sadələşdirir.
Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzi üçün şərhində Markus Qreys, müstəqillik əldə etdikdən sonra Gürcüstan üçün üç uzunmüddətli problemi müəyyən edir:
- dərin siyasi və sosial qütbləşmə;
- bütün Gürcüstan hökumətlərinin avtoritarizmə meyli;
- Qərb liderlərini məyus edən və gürcülərin Avropaya İttifaqına (Aİ) üzvlüyün nə ilə nəticələnəcəyini həqiqətən dərk edib-etmədiyini şübhə altına alan Aİ və “Gürcü Arzusu”na eyni vaxtda paradoksal görünən xalq dəstəyi.
Bu seçkilərdə tətbiq edilən proporsional sistemə əsasən, “Gürcü Arzusu” xalqın 40%-nin səsini almadan parlamentdəki yerlərin yarısından çoxunu qazana bilər. Lakin “Gürcü Arzusu” uduzsa belə, onun yenə də özünü qalib elan etmək, şiddətli etirazlara və hətta zorakılığa səbəb olmaq şansı var. Və əgər hakim partiya vicdanla qalib gəlsə, Tbilisi Qərbdən uzaqlaşmağa davam edəcək.
“Financial Times” yaxşıdan dəhşətli dərəcədə pisə qədər mümkün seçki nəticələrinin ssenarilərini proqnozlaşdırır:
- Polşa ssenarisi ən az ehtimaldır. Bir il əvvəl Varşavada qeyri-liberal mühafizəkar-millətçi hökumət seçkilərdə keçmiş Baş nazir Donald Tuskun rəhbərlik etdiyi müxalifətə uduzdu. Bəzi çətinliklərə baxmayaraq, Tusk və müttəfiqləri sülh yolu ilə vəzifəsinin öhdəsindən gələ bildilər. Gürcüstanda belə bir nəticənin əldə olunması mümkün görünmür. Hakim partiya hakimiyyətdən əl çəkməyə meyl göstərmir, dövlət hakimiyyətinin demək olar ki, bütün rıçaqlarına nəzarət edir və seçkilərin nəticələrini öz xeyirlərinə həll etmək üçün imkanlara malikdir;
- Spektrin əks ucunda Belarus ssenarisi var. Kütləvi etirazlar 2020-ci ildə diktator Aleksandr Lukaşenkonun açıq-aşkar saxtalaşdırılmış prezident seçkilərində qalib gəldiyini iddia etməsindən sonra başladı. Lukaşenko rejimi nümayişçiləri sıxışdırdı, əzdi;
- Serb senarisi. Serbiyadakı seçkilər müntəzəm olaraq prezident Aleksandr Vuçiçə və onun hakim partiyasına qələbə gətirir. Onlar tamamilə azad və ədalətli deyillər, lakin Vucic Serbiya ilə işgüzar münasibətləri qoruyub saxlamaqda müəyyən dəyər görən Qərbdən əllərinə hərdən xətkeş zərbəsi alır və hakimiyyətdə qalır.
Əgər “Gürcü Arzusu”nun saxtakarlıqla və ya uduzmaqla, lakin məğlubiyyətini etiraf etməkdən boyun qaçırmaqla seçkilərdə qalib gəldiyinə dair şübhələr varsa, hökumət əleyhinə küçə etirazları baş verə bilər. Bildiyimiz kimi, 2003-cü ildə korrupsiya və saxta seçkilərlə bağlı ictimaiyyətin qəzəbi prezident Şevardnadzenin devrilməsi ilə nəticələnən nümayişlərə səbəb oldu və dinc “qızılgül inqilabı”na səbəb oldu.
Sual olunur: 26 oktyabrdan sonra xalqın qəzəbi hansı istiqamətdə axacaq? “Gürcü Arzusu”nun qurucusu və kremlpərəst lideri İvanişvili temperament və motivasiya baxımından Şevardnadzedən çox fərqlənir – onun bütün Gürcüstan üzərində şəxsi hakimiyyəti və Kremldən tam və qəti şəkildə ayrılması təhlükə altındadır.
Bu gün həmişəkindən daha çox İvanişvilinin özünün və partiyasının, eləcə də Gürcüstanın gələcəyi tükdən asılıdır. Əgər o, uduzub hakimiyyəti güc yolu ilə saxlamağa çalışsa və gürcülər nəzərlərini Qərbə çevirsələr, Qərb hökumətləri 2014-cü ildə Ukrayna Maydan inqilabı zamanı olduğu kimi müdaxilə edəcəkmi?
İdeal olaraq, Birləşmiş Ştatlar və Avropa hökumətləri demokratiyanı qorumalı və ya mübahisəli seçki nəticələri və hakimiyyət uğrunda mübarizə zamanı ən azı müdaxilə etməli və vasitəçilik etməlidir. Onların müdaxiləsi həlledici ola bilər.
Bəs onlar Gürcüstan hökumətinin hakimiyyəti saxlamaq üsullarını pisləməkdən daha uzağa gedəcəklərmi və bütün dünya belə müdaxilənin Ukrayna üçün dəhşətli nəticələri görəndə müdaxilə etməyə başlayacaqlarmı?