İlham Əliyev 5 ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət

23.07.2019 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərlə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib. AYNA bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

 

Bundan başqa, Prezidenti İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun, İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin, Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin və Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnamələrini qəbul edib.

Müəllif: Ayna.az