Qonşu ölkədə son sutka ərzində 86 nəfər koronavirusdan ölüb

Dünya

18.01.2021 - 02:14

İranda virusdan ölənlərin sayı isə 56 min 803-ə çatıb

 

Son sutka ərzində İranda koronavirusa 6 min 16 nəfər yoluxub, 86 nəfər isə vəfat edib. AYNA xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari deyib.

 

Lari qeyd edib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 330 min 411 nəfərə, ölənlərin sayı isə 56 min 803-ə çatıb.

 

Müəllif: Ayna.az