Rusiyada gündəlik virusa yoluxanların sayı 6 mini keçib
Rusiyada gündəlik virusa yoluxanların sayı 6 mini keçib. AYNA xəbər verir ki, bu barədə Rusiyanın İnfeksiyaya Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, son 24 saatda 6 min 65 nəfərin COVID-19 testi pozitiv çıxıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 milyon 97 min 251-ə, virusdan ölənlərin sayı isə 19 min 339-a çatıb. Paytaxt Moskvada isə son 24 saatda yoluxma sayı 825 nəfər artaraq 275 min 633 nəfərə, ölü sayı isə 11 nəfər artaraq 5 min 44-ə çatıb.
Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarını Müdafiə Xidməti tərəfindən verilən açıqlamada bu günə qədər edilən test sayının 42 milyon 400 mini keçdiyi bildirilib.
Qeyd edək ki, Rusiyada 21 sentyabrdan Qazaxıstan, Qırğızıstan və Belarusa, Cənubi Koreyaya isə 27 sentyabrdan qarşılıqlı beynəlxalq uçuşlar başlayacaq.