İranda “taclı bəla”ya yoluxanların sayı 14991 nəfərə çatıb
İranda koronavirusdan ölənlərinin sayı açıqlanıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, son məlumatı Səhiyyə Nazirliyinin rəsmisi Əlizra Vahabzadeh açıqlayıb.
Onun sözlərinə görə, son sutka ərzində İranda Covid-19-dan 129 nəfər ölüb, 1053 nəfərdə isə virusa yoluxma faktı qeydə alınıb.
Beləliklə, İranda ölənlərin ümumi sayı 853 nəfərə çatıb, koronavirusa yoluxanların sayı isə 14991 nəfərdir. İran hökuməti profilaktik və karantin tədbirlərinə ara verməsə də, virusa yoluxma hallarının qarşısını almaq çətinləşib.
Bu səbəbdən dövlət orqanları insanlar evdə oturmağa çağırıb. Günün bəli saatlarında insanlar asayiş keşikçiləri tərəfindən ictimai yerlərdən uzaqlaşdırılır.
https://www.sozcu.com.tr/2020/dunya/son-dakika-irandan-korkutucu-haber-hasta-ve-olu-sayisi-artiyor-5682103/