Partlayışın səbəbləri məlum deyil
Qolan təpələrində partlayış olub. AYNA xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı Suriyadakı mənbəyə istinadən bildirib ki.
İnsidentin səbəbləri məlum deyil.
Nəşr vurğulayır ki, baş verən partlayış naməlumdur.
Yerli suriyalı xəbər portalları partlayış barədə oktyabrın 18-i axşam saatlarında məlumat veriblər.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Bundan sonra İsrail hakimiyyəti müharibə vəziyyəti elan edib. Daha sonra İsrail Qəzza zolağında HƏMAS-ın hədəflərini vurmağa başlayıb.
Qolan təpələri İsrail və Suriyanın iddia etdiyi mübahisəli ərazidir. 1944-cü ildən 1967-ci ilə qədər Suriyaya məxsus olub, daha sonra 6 günlük müharibə zamanı İsrail tərəfindən ələ keçirilib.
İsrailin Qolan Təpələri üzərindəki suverenliyi hələ BMT tərəfindən tanınmayıb və bir çox ölkələr tərəfindən mübahisələndirilir. Lakin 2019-cu ilin martında ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bunu tanıyıb. 1967-ci ildən İsrail bu ərazidə bir sıra qəsəbələr salıb.