“Qırmızı” meydana giriş bağlandı

Dünya

23.03.2024 - 13:59

cedabet Klinikalar SEO Xidməti

Hazırda polis əməkdaşları və çevik qüvvələr növbə çəkirlər

Moskvada “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları şəhərin mərkəzindəki “Qırmızı” meydanı tam əhatəyə alıb. AYNA rus mediasına istinadən bildirir ki, meydana bütün girişlər bağlanıb. Hazırda polis əməkdaşları və çevik qüvvələr növbə çəkirlər.

Xatırladaq ki, martın 22-də törədilən terror aktı zamanı 60-dan çox insan ölüb, qurbanların sayının artacağı istisna edilmir. Eyni zamanda, 115 zərərçəkən xəstəxanaya yerləşdirilib. 30-dan çox insan isə ambulator yardıma müraciət edib. Moskvada qarşıdakı iki gün ərzində bütün kütləvi tədbirlər ləğv olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş