Qida zəhərlənmələri ilə bağlı 42 müraciət daxil olub

Cəmiyyət

04.02.2020 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Yanvar ayı ərzində AQTA-nın “Çağrı Mərkəzi”nə 1985 müraciət edilib

 

2020-ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub. Daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

 

Bu barədə AYNA-ya AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb.

 

“Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-si isə digər xarakterli müraciətlər olub”, - deyə Agentlikdən məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş