Yanacaqdoldurma məntəqəsinə qarşı ittiham: Benzinə su qatırlar

Cəmiyyət

07.11.2019 - 15:41

“Avtomobilimə benzin vurdum, həmin gün avtomobilim xarab oldu və ustaya gedəndə məlum oldu ki, yanacağa su qatılıbmış”

 

Bakının "Şamaxinka" adlanan ərazisində yerləşən "Mərd Petrol" adlı yanacaqdoldurma məntəqəsində avtomobillərə benzin əvəzinə su vurulur. AYNA xəbər verir ki, bu iddianı Avropa.info-ya müraciətində vətəndaş Şirvani Qasımov səsləndirib.

 

Vətəndaşın dediyinə görə, noyabrın 3-də "Passat" markalı avtomobilinə "Mərd Petrol"dan 40 manatlıq benzin vurub. Bundan sonra, avtomobil yarasız hala düşüb: "Noyabrın 3-də "Mərd Petrol"dan şəxsi avtomobilimə 40 manatlıq benzin vurdum. Elə həmin gün avtomobilim xarab oldu. Ustaya müraciət edəndə məlum oldu ki, avtomobilə benzinə qatılmış su vurulub və maşın yarasız hala düşüb”.

Ayna.az