Qəzzada ölən uşaqların sayı açıqlanıb

Dünya

24.10.2023 - 12:23

cedabet dərman SEO Xidməti

Son 17 gündə Qəzza zolağında ən azı iki min azyaşlı ölüb

Qəzza zolağında son 17 gündə ən azı iki min azyaşlı ölüb. AYNA xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq xeyriyyə təşkilatının məlumatlarında qeyd edilib.

Təşkilatın bəyanatında bildirilib ki, daimi hava hücumları Qəzza zolağında minlərlə binanı tüstülənən dağıntı qalaqlarına çevirir.

“Save the Children” təşkilatının Fələstindəki direktoru Ceyson Li döyüşləri dərhal dayandırmağa çağırıb. Vurğulayıb ki, münaqişə tərəfləri uşaqları müdafiə etməlidir: “Uşaqların həyatını qorumaq üçün yeganə yol bu zorakılığı dayandırmaqdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş