Qəzzada atəşkəslə bağlı irəliləyiş əldə olunub

Dünya

08.04.2024 - 11:58

cedabet Klinikalar SEO Xidməti

Tərəflər əsas məqamlar üzrə razılığa gəliblər

Qəzza zolağında atəşkəslə bağlı Qahirədə aparılan danışıqlarda irəliləyiş əldə olunub və tərəflər əsas məqamlar üzrə razılığa gəliblər. AYNA bildirir ki, bu barədə “Al Qahera News”a mənbələr məlumat verib.

Məlumata görə, danışıqlar bazar günü Qahirədə Misir, Qətər, ABŞ, İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə baş tutub.

Qeyd olunur ki, hələlik onların heç biri müzakirələrdə irəliləyişlə bağlı hesabatı rəsmən təsdiqləməyib.

HƏMAS və Qətər nümayəndə heyətlərinin Qahirəni tərk etdikləri və yekun razılaşmanın şərtlərini müzakirə etmək üçün iki gün ərzində geri qayıdacaqları, İsrail və ABŞ nümayəndə heyətlərinin isə bir neçə saat ərzində Misir paytaxtını tərk edəcəyi bildirilir.

İsrailin “The Jerusalem Post” qəzeti HƏMAS-ın daimi atəşkəs, İsrail qoşunlarının Qəzzadan çıxarılması, qaçqınların geri qaytarılması və əsir mübadiləsi daxil olmaqla razılaşma tələblərini irəli sürməyə davam etdiyini yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş