Qəbələdə evdə yanğın olub

Hadisə

30.03.2026 - 13:58

Yanğın zamanı evdə heç kim olmayıb

Gecə saatlarında Qəbələnin Soltannuxa kəndində yaşayış olmayan evdə baş verən yanğın nəticəsində mənzil əşyaları ilə birlikdə yanıb.

AYNA.AZ Azərtac-a istinadən bildirir ki, hadisə kənd sakini Cəfər Xəlilova məxsus evdə qeydə alınıb. İlkin məlumatlara görə, yanğın zamanı evdə heç kim olmayıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də evə ciddi ziyan dəyib. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş