Küçüyün ağzını bağlayıb gözündə siqaret söndürdülər - <font color=red> VƏHŞİLİK</font>

Hadisə

06.09.2019 - 03:22

Yayılmış görüntülər bütün ölkəni ayağa qaldırıb

 

Sinqapurda baş verdiyi ehtimal olunan  vəhşilik insanlığın necə qəddar olduğunu bir daha sübut edir. Belə ki, qözü dönmüş qadın əlindəki siqareti ağzı, qolları bağlanmış bir küçüyün gözündə dəfələrlə söndürür.

 

AYNA xəbər verir ki, yayılmış görüntülər bütün ölkəni ayağa qaldırıb. Susdurmaq üçün ağzı yapışqan lentlə bağlanmış küçüyün işgəncə əsnasında çıxardığı səslər isə ürək parçalayır.

Sinqapurda çəkildiyi təxmin edilən videoda saniyəbə-saniyə vəhşilik səhnələri qeydə alınıb. Bu görüntülər Sinqapur Heyvana Zülmün Qarşısını Alma Dərnəyi tərəfindən yayılıb. Video çox qısa müddətdə ölkə gündəmini zəbt edib. 

 Son dakika haberi! Vahşet anları kameraya yansıdı! Yavru köpeğin gözünde sigara söndürüp işkence ettiler...
İzləyənlərin üsyanına səbəb olan videodakı qadınların tapılması məqsədilə iş başlanılıb. Qadının tapılması üçün səfərbərlik elan edən dərnəyin yaydığı mesajda belə deyilir: "Bu görüntülərin Sinqapurda çəkildiyini güman edirik, amma fərqli yer də ola bilər. İzləyən və bu qadını tanıyanlardan xahiş edirik, öz ölkələrindəki aidiyyəti şəxslərə vəziyyəti bildirsinlər".

Müəllif: Ayna.az