Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub
Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb. AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Bildirilib ki, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000-dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.
Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.