Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələri AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə gəliblər
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə Qazaxıstan Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gəliblər. AYNA qazax mediasına istinadən bildirir ki, hadisə yerində araşdırmalara başlanılıb.
Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə araşdırma aparılır.