Qazaxıstanda şaxtada qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb

Dünya

29.10.2023 - 20:53

cedabet dərman SEO Xidməti

Bir şaxtaçının axtarışlarının davam etdiyi bildirilib

Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.

AYNA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, bir şaxtaçının axtarışları aparılır.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü deyilirdi.

Qeyd edək ki, faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş