Qazaxıstanda ölüm hökmü ləğv edilib

Dünya

02.01.2021 - 14:59

Bundan sonra cəzaların icrası ilə bağlı yeni qərarlar qəbul ediləcək

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən ən çox tənqid olunan ölkələrdən olan Qazaxıstan bu anlayışı ortadan qaldırmaq üçün islahatları davam etdirir. AYNA xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev buna əsasən, ölkədə ölüm hökmünün ləğvi ilə bağlı protokol imzalayıb.

 

Bununla da Qazaxıstanda ölüm hökmü ləğv edilib. Qərar ölkə parlamentində təsdiq ediləndən sonra Tokayev sözügedən protokola imza atıb.

 

Protokola əsasən, müharibə şəraiti xaricində, bundan sonra ölkədə ölüm hökmü tətbiq olunmayacaq və cəzaların icrası ilə bağlı yeni qərarlar qəbul ediləcək.

Müəllif: Ayna.az