Yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz işlər aparılır
Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə AYNA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib. Yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır.
Əlavə məlumat veriləcək.