O, doğulduğu Kirman əyalətində dəfn ediləcək
İraqın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi keçirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, generalın cənazəsi dünən İraqda keçirilən mərasimdən sonra İrana gətirilib.
Generalla vida mərasimi bu gün Məşəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək. Tehranda keçiriləcək vida mərasimdən sonra general doğulduğu Kirman şəhərində dəfn ediləcək.
Qeyd edək ki, dünən İraqda general Qasım Süleymani və bir qrup nüfuzlu hərbiçinin cənazə mərasimi keçirilib. Bağdadda təşkil olunan mərasimə İraqın Baş Naziri Adil Əbdülmehdi də qatılıb. Minlərcə iraqlının qatıldığı tədbirdə “ABŞ-a ölüm”, “İsrailə ölüm”, “İntiqam” şüarları səsləndirilib.
Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.
Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.