Qanunsuz erməni silahlıları Şuşa yaxınlığında mövqelərimizə atəş açıblar

Xəbərlər

20.08.2021 - 12:03

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

 

Avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, cavab atəşilə qarşı tərəf susdurulub.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az